"Sabah" Moldova klubunu məğlub etdi

"Sabah" Moldova klubunu məğlub etdi
25.07.2025 04:13 UEFA

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubunu məğlub edib.

TodayPress TV xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb.

"Sabah"ın heyətində Pavol Şafranko (84-cü dəqiqə) və Kahim Parris (90-cı dəqiqə) fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər