“Sabah” Konfrans Liqasındakı rəqibini tanıdı

“Sabah” Konfrans Liqasındakı rəqibini tanıdı
18.06.2025 17:25 UEFA

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın rəqibi məlum olub.

Paytaxt təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya “Selye”sinə məğlub olarsa, Konfrans Liqasında “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

İlk matç səfərdə keçiriləcək. 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 24-də, cavab matçları isə bir həftə sonra baş tutacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər