“Real Madrid” UEFA-nı məhkəməyə verəcək?

UEFA

20.11.2025 16:45

2021-ci ildən bəri Super Liqa layihəsi ilə əlaqədar yaranan maliyyə itkilərinə görə “Real Madrid” klubu və A22 Sports UEFA-nı məhkəməyə verməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, Madrid məhkəməsinin qərarı UEFA-nın Avropa İttifaqının rəqabət qanunlarını ciddi şəkildə pozduğunu təsdiqləyib və “Real” klubunun prezidenti Florentino Peresə itirilmiş gəlirlər, yayım hüquqları və brend dəyərinə dəyən zərərə görə təzminat tələb etmək üçün hüquqi imkan yaradıb.
İddiada UEFA-nın monopoliyadan sui-istifadə etməkdə, rəqabəti bloklamaqda və Super Liqa layihəsinə birbaşa mane olmaqla böyük maliyyə zərərinə səbəb olduğu bildirilib.
“Real Madrid” və A22 Sports-in irəli sürdüyü tələb 4,5 milyard avro məbləğində kompensasiyanı əhatə edir.

Namiq HUN

tag: Real Madrid,UEFA,Məhkəmə,Qərar,Todaypress.tv,