Raşford Çempionlar Liqasında həftənin oyunçusu oldu
“Barselona” klubunun hücumçusu Markus Raşford Çempionlar Liqasının ilk oyun həftəsinin ən yaxşı futbolçusu seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Raşford turnirin Liqa mərhələsinin I turunda İngiltərədə “Nyukasl Yunayted”ə qarşı keçirilən görüşdə (2:1) dubl edərək Kataloniya təmsilçisinin heyətində ilk qollarını vurub.
Qeyd edək ki, həftənin mükafat uğrunda Raşfordla “Sportinq”dən Fransisku Trinkan, “İnter”dən Markus Tyuram və “Yuventus”dan Duşan Vlahoviç mübarizə aparırdı.
Namiq HUN