Qurban Qurbanov: "Hakimliklə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib"

UEFA

22.01.2026 01:09

Prezident İlham Əliyev "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun baş hakimi barəsində lazım olan şərhi verib.

TodayPress TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Bakıda "Ayntraxt"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunundan sonra Azərbaycan çempionunu təbrik edən Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:

"Mən də öz növbəmdə qələbə münasibəti ilə Cənab Prezident İlham Əliyevi təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşılaşmanın baş hakimi Sandro Şererin haqsız qərarları ilə bağlı lazım olan bütün fikirləri Prezident bildirdi. Məncə onun sözlərindən sonra əlavə şərhə ehtiyac yoxdur. Təbii ki, mən də oyun sırasında əsəbləşmişdim, lakin sonradan hirsim soyudu".

Qeyd edək ki, Ölkə başçısı İlham Əliyev "Qarabağ" - "Ayntraxt" oyunundan sonra Ağdam təmsilçisini 3:2 hesablı qələbə münasibəti ilə təbrik edib və matçın baş hakiminin oyun sırasında ədalətsiz, eləcə də qərəzli qərarlar qəbul etdiyini bildirib.

TodayPress TV

tag: Qurban Qurbanov, Qarabağ, UEFA, İlham Əliyev, Təbrik, todaypress.tv,