Qurban Qurbanov: “Bu matç bizim üçün çox vacibdir”
UEFA
09.12.2025 18:18
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Ayaks”a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.
TodayPress TV-nin məlumatına görə, təcrübəli mütəxəssis mətbuat konfransında rəqibin matça ciddi hazırlaşdığını bildirib.
“Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşmağa çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar, var gücləri ilə kökləniblər. Ən təhlükəli olan budur. İstənilən komandanın xalı olmaya bilər. Bizə qarşı da müəyyən fikirlər var idi. Amma bu gün xeyli xal toplamışıq. Hər komandaya qarşı müxtəlif fikirlər olub. Başqa nüanslara fikir vermirik. Qarşımızda "Ayaks" var. Biz də istəkli oynamaq, azarkeşləri sevindirmək istəyirik”, – deyə Qurbanov vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN
tag: Qurban Qurbanov,Qarabağ,Ayaks,UEFA,Todaypress.tv,
