“Qarabağ”ın UEFA Avropa Liqası qazancı rəsmən bəlli oldu
“Qarabağ” klubu ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi gəliri açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın illik maliyyə hesabatında məlumat yer alıb.
Qarabağ FK Avropa Liqasının Liqa mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro gəlir əldə edib.
Bu məbləğin 4 milyon 310 min avrosu Liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Komanda Liqa mərhələsindəki nəticələrə görə 458 min avro, yekun turnir sıralamasına görə isə 75 min avro qazanıb. Klubun kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib.
Namiq HUN