“Qarabağ”ın U-19 komandası ikinci oyunda da uduzdu
“Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.
TodayPress TV xəbər verir ki, bu dəfə kollektiv Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edib.
“Azərsun Arena" qarşılaşması rəqib komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, U-19 UEFA Gənclər Liqasının I turunda səfərdə “Benfika” klubuna 1:7 hesabı ilə uduzub.
Namiq HUN