“Qarabağ”ın U-19 komandası hakimini tanıdı

“Qarabağ”ın U-19 komandası hakimini tanıdı
24.11.2025 17:13 UEFA

UEFA Gənclər Liqasının Liqa mərhələsində “Qarabağ”ın U-19 komandasının “Napoli”yə qarşı səfər oyununun təyinatları məlum olub.

TodayPress TV xəbər verir ki, görüşü Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.

Ona laysmanlar Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasının “Napoli”yə qarşı oyunu noyabrın 25-də, saat 17:00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər