“Qarabağ”ın U-19 komandası da “Kopenhagen”lə qarşılaşacaq
UEFA Gənclər Liqasında Liqa mərhələsinin II tur oyunları keçirilir.
TodayPress TV xəbər verir ki, bu gün turnirdəki təmsilçimiz “Qarabağ”ın U-19 komandası Bakıda meydana çıxacaq.
Rəşad Sadiqovun komandası Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gələcək.
“Azərsun Arena”da keçiriləcək matç saat 14:00-da başlayacaq.
Namiq HUN