“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
TodayPress TV xəbər verir ki, buna “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində “Ayntraxt” (Frankfurt) klubunu (3:2) məğlub etməsi səbəb olub.
“Qarabağ”ın qələbəsi ölkə reytinqinə 0,500 əmsal qazandırıb. Nəticədə ümumi göstəricisi 22,750-yə yüksələn Azərbaycan UEFA reytinqində 27-ci pilləyə yüksəlib.
Ən yaxın izləyicimiz olan Slovakiya 22,375 əmsalla 28-ci sırada qərar tutub.
Qeyd edək ki, UEFA reytinqinə 106,991 əmsalla İngiltərə rəhbərlik efdir.
Namiq HUN