“Qarabağ”ın pley-off uğuru: Azərbaycan UEFA reytinqində irəlilədi!
Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin sonuncu – VIII turunun oyunlarından sonra UEFA ölkə reytinqi açıqlanıb.
TodayPress TV xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Liverpul”a 0:6 hesabı ilə məğlub olsa da, pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA reytinqində mövqeyini yaxşılaşdırıb.
Beləliklə, Azərbaycan 26-cı yerə yüksəlib. Hazırda ölkəmizin aktivində 22.937 xal var. 27-ci pillədə qərarlaşan Sloveniyanın isə 22.843 əmsalı mövcuddur.
UEFA reytinqinə 111.797 əmsalla İngiltərə başçılıq edir.
Namiq HUN