“Qarabağ” yeni rekorda imza atdı
“Qarabağ” klubu Azərbaycan futbolunda yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisi avrokuboklarda ardıcıl 5 qələbə qazanan ilk Azərbaycan klubu olub.
“Qarabağ” bu göstəriciyə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”u (3:1) məğlub edərək nail olub.
Azərbaycan çempionu əvvəlki mərhələlərdə İrlandiya “Şelburn”unu (3:0,1:0), eləcə də Şimali Makedoniya “Şkendiya”sını (1:0,5:1) hesabı ilə üstələyib.
“Qarabağ” Budapeşt uğuru ilə “Neftçi”nin 2019/2020 mövsümündəki 4 oyunluq rekordunu yeniləyib.
(Teleqraf)
Namiq HUN