“Qarabağ” Niderland klublarının məğlubiyyətsizlik seriyasını qıra biləcək?
UEFA
10.12.2025 16:27
UEFA “Qarabağ” və “Ayaks” klubları arasında keçiriləcək Çempionlar Liqasının matçından əvvəl statistik göstəricilərə nəzər yetirib.
TodayPress TV xəbər verir ki, komandalar avrokuboklarda indiyədək yalnız bir dəfə qarşılaşıblar.
2024/2025-ci illər mövsümünda Bakıda keçirilən UEFA Avropa Liqasının əsas mərhələsində “Ayaks” “Qarabağ”a (3:0) qalib gəlib.
“Qarabağ” son beş UEFA turnirində Niderland klublarına qalib gələ bilməyib (3 heç-heçə, 2 məğlubiyyət). Azərbaycan çempionu evdə keçirdiyi son beş Avropa Kuboku oyunundan yalnız birində məğlub olub.
“Ayaks” UEFA klub yarışlarında ardıcıl səkkiz oyundur məğlub olur. Bu klub tarixinin ən uzun məğlubiyyət seriyasıdır. Amsterdam təmsilçisi Avropa Kubokları və Çempionlar Liqası tarixində ümumilikdə 397 qol vurub. Komanda bakı qarşılaşmasında 400-cü qoluna çataraq bu mərhələni keçən ilk Niderland klubu olmaq şansına sahibdir.
Qeyd edək ki, “Qarabağ” - “Ayaks” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Qarabağ,Ayaks,UEFA,Oyun,Todaypress.tv,
