“Qarabağ” ilk üçlükdə qərarlaşdı
Cari mövsüm UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vuran komandalarının siyahısı açıqlanıb.
TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilk üçlükdə qərarlaşıb.
Ağdam təmsilçisi cari mövsüm ÇL-də keçirdiyi 4 oyunda vurduğu 10 qolla Polşanın “Lex” və Serbiyanın “Srvena Zvezda” klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür.
Siyahıya 6 qarşılaşmada 11 dəfə fərqlənən İsveçin “Malmö” komandası başçılıq edir.
Reytinqdə ilk beşliyi “köhlən atlar”ın pley-off mərhələsindəki rəqibi “Ferentsvaroş” klubu tamamlayır. Budapeşt təmsilçisi 4 görüşdə 9 qol vurub.
Namiq HUN