“Qarabağ” Çempionlar Liqasının lideridir
UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasının təsnifat mərhələsinin yekun statistik göstəricilərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Qarabağ” klubu qazanılan qələbə və qol sayında liderdir.
Azərbaycan çempionu təsnifat mərhələsinin 5 oyununda qələbə qazanıb. “Qarabağ” cari mövsüm Çempionlar Liqasının 6 oyununda 15 qol vurub.
Bundan başqa rəqib qapılarına 91 zərbə endirən Ağdam təmsilçisi bu göstəricidə ikinci komandadır. Topa ən çox nəzarət edən (55 faiz) komandalar sırasında “Qarabağ” 3-cüdür. 85 dəfə qayda pozuntusu ilə üzləşən “köhlən atlılar” bu göstəricidə də ilk 3-lükdə yer alıblar.
Namiq HUN