PSJ UEFA Superkubokuna itkilərlə çıxacaq

PSJ UEFA Superkubokuna itkilərlə çıxacaq
11.08.2025 15:01 UEFA

PSJ klubunun futbolçusu Joau Neveş “Tottenhem”ə qarşı keçirəcəkləri UEFA Superkuboku oyununu buraxacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. 

Yarımmüdafiəçi klublararası dünya çempionatının finalında “Çelsi” komandasına uduzduqları görüşdə qırmızı vərəqə aldığından bütün rəsmi yarışlara şamil edilən 2 matçlıq cəzanı çəkməlidir.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda görüş avqustun 13-də keçiriləcək. PSJ ötən mövsüm Çempionlar Liqasını, “Tottenhem” isə Avropa Liqasını qazanıb. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər