PSJ üçün ÇL-də şok gecə: 32 oyunluq seriya bitdi

UEFA

21.01.2026 10:17

PSJ klubu son 12 ildə ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) Avropanın top-5 liqasına daxil olmayan komandaya məğlub olub. 

TodayPress TV xəbər verir ki, bu barədə Opta məlumat yayıb. 

Paris təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində səfərdə Lissabonun “Sportinq” klubuna 1:2 hesabı ilə uduzub. 

Oyunda hesabı 74-cü dəqiqədə Suares açıb. 79-cu dəqiqədə PSJ-nin gürcü futbolçusu Xviça Kvaratsxeliya tarazlığı bərpa etsə də, Suares yenidən fərqlənərək “Sportinq”ə qələbə qazandırıb.

Xatırladaq ki, PSJ ÇL-də top-5 liqalara daxil olmayan komandaya sonuncu dəfə 2013-cü ilin dekabrında - Lissabonun “Benfika” klubuna (1:2) məğlub olub.

Beləliklə, parislilərin Çempionlar Liqasında top-5 liqadan kənar komandalarla oyunlardakı 32 matçlıq məğlubiyyətsiz seriyası “Sportinq”lə qarşılaşmada başa çatıb.

Namiq HUN

TodayPress TV

tag: PSJ,UEFA,Klub,Şok,todaypress.tv,