"Omoniya” “Araz-Naxçıvan”ı məğlub etdi
“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.
TodayPress TV xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.