Norveç klubu mərhələ adladı

Norveç klubu mərhələ adladı
28.08.2025 05:33 UEFA

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.

TodayPress TV xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş keçirilib.

Kiprin "AEK Larnaka" klubu doğma meydanda "Brann" ilə üzləşib. Artıq matçın ilk hissəsində meydan sahibləri azlıqda qalıblar ki, bu da qarşılaşmanın yekun nəticəsinə təsir edib - 0:4.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş Norveç təmsilçisi "Brann"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə də, iki oyunun nəticəsinə görə (1:6) skandinavlar turnirin liqa mərhələsinə adlayıblar.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər