"Napoli" - "Qarabağ" matçına hakim təyinatları açıqlandı

"Napoli" - "Qarabağ" matçına hakim təyinatları açıqlandı
23.11.2025 16:15 UEFA

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada baş tutacaq "Napoli" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək.

Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Mik yerinə yetirəcək.

VAR hakimi niderlandlı Pol van Bokel, AVAR hakimi xorvatiyalı İvan Bebek olacaq.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər