Mostovoy heyran qaldı: “Qarabağ” ÇL-dən zövq almalıdır

UEFA

22.01.2026 17:22

“Spartak” (Moskva) klubunun sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin VII turunda “Qarabağ”ın Frankfurt “Ayntraxt”ı üzərində qazandığı 3:2 hesablı qələbəni şərh edib.

TodayPress TV xəbər verir ki, Mostovoy bu barədə “Çempionat”ın müxbiri Nikolay Baranovla söhbətində bildirib.

““Qarabağ” - “Ayntraxt” matçının birinci hissəsinə baxırdım. Əvvəl “Qarabağ”ın ilk qolu vurmasına sevindim. Sonra iki qol buraxdıqları və hesabın 1:2 olduğu an məni məyus etdi. Daha sonra baxmadım, düşündüm ki, ən yaxşı halda “Qarabağ” heç-heçə edər.

Amma sonda hesabı bərabərləşdirdiklərini, sonra isə qalib gəldiklərini görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşdüyünə, orada oynadığına, qalib gəldiyinə və növbəti mərhələlərə yüksəldiyinə görə zövq almalıdır. Çox gözəldir!” - deyə Mostovoy “Qarabağ”ın qələbəsini şərh edib.

Namiq HUN

TodayPress TV

tag: Aleksandr Mostovoy,UEFA,ÇL,Qarabağ,Todaypress.tv,