Martinelli ÇL-də klub tarixinə düşdü

Martinelli ÇL-də klub tarixinə düşdü
11.12.2025 10:30 UEFA

“Arsenal” klubunun braziliyalı hücumçusu Qabriel Martinelli yeni rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Opta” nəşri məlumat yayıb. 

O, UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin VI turu çərçivəsində Belçikada keçirilən görüşdə fərqlənməklə bu uğura nail olub. Martinelli “Brügge”yə vurduğu qol sayəsində klub tarixində ardıcıl 5 ÇL matçında fərqlənən ilk futbolçu olub.

Qeyd edək ki, “Arsenal” “Brügge” ilə görüşü 3:0 hesabı ilə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər