Maliyyə zərbəsi: “Real” ÇL-də milyonlar itirir

UEFA

31.01.2026 14:01

Madrid “Real”ı UEFA Çempionlar Liqasının (ÇL) ümumi mərhələsində 9,2 milyon avro maliyyə itkisi ilə üzləşib. 

TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, “Liverpul”, “Mançester Siti” və “Benfika” ilə oyunlarda alınan məğlubiyyətlər nəticəsində “kral klubu” 6,3 milyon avro qazanmaq imkanını itirib.

Bundan əlavə, son turda turnir cədvəlində 3-cü yerdən 9-cu yerə geriləməsi “Real”a daha 1,9 milyon avro itki yaşadıb. Klub birbaşa 1/8 finala yüksəldiyi halda əldə edə biləcəyi 2 milyon avro əvəzinə, yalnız 1 milyon avro qazanaraq pley-off mərhələsinə adını yazdırıb. 

Qeyd edək ki, “Real” 1/8 finala vəsiqə uğrunda keçiriləcək pley-off oyunlarında mübarizəni dayandırarsa, əlavə olaraq 11 milyon avro da itirə bilər. Bununla belə, ümumi mərhələnin yekunlarına əsasən “Real”ın gəliri 39 milyon avro təşkil edib.

“Kral klubu” pley-off mərhələsində “Benfika” ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Maliyyə,İtki,UEFA,Todaypress.tv,