Konfrans Liqasında mərhələlər bəlli oldu

UEFA

19.12.2025 09:25

UEFA Konfrans Liqasının Liqa mərhələsinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, VI turun nəticələri 1/8 final və pley-off mərhələsinin iştirakçılarını müəyyənləşdirib.

Konfrans Liqasında Liqa mərhələsini 1-8-ci pillələrdə tamamlayan “Strasburq” (Fransa), “Rakov” (Polşa), “AEK Afina” (Yunanıstan), “Sparta Praqa” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Şaxtyor Donetsk” (Ukrayna), “Maynts 05” (Almaniya) və “AEK Larnaka” (Kipr) komandaları 1/8 finala yüksəliblər. 

Əsas mərhələdə 9-24-cü yerləri tutan “Lozanna” (İsveçrə), “Kristal Pelas” (İngiltərə), “Lex Poznan” (Polşa), “Samsunspor” (Türkiyə), “Sele” (Sloveniya), “AZ Alkmaar” (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yagelloniya” (Polşa), “Omoniya” (Kipr), “Noa” (Ermənistan), “Drita” (Kosovo), “KuPS” (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya və Herseqovina) və “Siqma” (Çexiya) klubları isə pley-offa yüksəliblər.

UEFA Konfrans Liqasının pley-off mərhələsi 2026-cı il fevralın 19-20-də başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: UEFA,Konfrans Liqası,Pley-off,Futbol,Todaypress.tv,