Konfrans Liqası: "Sabah" "Petrokub"u darmadağın etdi

Konfrans Liqası: "Sabah" "Petrokub"u darmadağın etdi
31.07.2025 22:26 UEFA

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" Moldovanın "Petrokub"unu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da Azərbaycan Kubokunun son qalibi adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yazdırıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər