Klublararası DÇ: "Yarımfinal mərhələsinə bu gün start verilir"

Klublararası DÇ: "Yarımfinal mərhələsinə bu gün start verilir"
08.07.2025 10:47 UEFA

ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.

TodayPress TV xəbər verir ki, raundun ilk oyununda UEFA Konfrans Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandası Braziliya təmsilçisi "Fluminense" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər matçında İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının qızıl mükafatçısı, Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Sözügedən görüş iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da olacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər