KL: “Zirə” və "Araz-Naxçıvan"ın rəqibləri məlum oldu

KL: “Zirə” və "Araz-Naxçıvan"ın rəqibləri məlum oldu
18.06.2025 17:23 UEFA

UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan klublarının rəqibləri məlum olub.

Premyer Liqanın gümüş medalçısı “Zirə” II təsnifat mərhələsində Xorvatiyanın  “Hayduk” klubu ilə qarşılaşacaq. “Qartallar” ilk matçı evdə keçirəcək. 

Azərbaycan çempionatının bürünc mükafatçısı “Araz-Naxçıvan” isə Yunannıstan “Aris”i ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi də ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 24-də, cavab matçları isə bir həftə sonra baş tutacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər