KL: “Sabah” “Levski”ni yoxlamadan keçirəcək
“Sabah” klubu da bu gün UEFA Konfrans Liqasının (KL) III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, II mərhələdə Moldova “Petrokub”unu mübarizədən kənarlaşdıran (2:0, 4:1) təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada “Levski” klubunun qonağı olacaq.
Xorvatiyalı baş hakim Duje Strukanın idarə edəcəyi “Georgi Asparuxov” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Namiq HUN