KL: “Araz-Naxçıvan” “Omoniya”ya qarşı
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
TodayPress TV xəbər verir ki, ilk olaraq “Araz-Naxçıvan” meydana çıxacaq.
Daha əvvəl Yunanıstanın “Aris” klubunu mübarizədən kənarlaşdıran (2:1, 2:2) təmsilçimiz Bakıda Kiprin “Omoniy”a klubunu qəbul edəcək.
Çexiyalı Ondrjey Berskanın fit sahibi olacaq "Liv Bona Dea Arena" qarşılaşması saat 20:00-da başlayacaq.
Namiq HUN