Həlledici gecə yaxınlaşır: “Qarabağ” “Ayntraxt” sınağına hazırlaşır
UEFA
20.01.2026 14:33
“Ayntraxt Frankfurt”la oyun bizim üçün çox vacibdir”.
TodayPress TV xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
O, Bakıda “Ayntraxt Frankfurt” klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik. Yanvardan bu vaxtadək üç matç keçiriblər. Həm fərqli heyət, həm fərqli sistemdə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər oyunda fərqli müdafiə olunurdular. Buna uyğun işimizi aparırdıq. Meydanda çox diqqətli olmalıyıq. Rəqib təcrübəli komandadır”.
Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt Frankfurt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN
tag: Qarabağ,Ayntraxt Frankfurt,UEFA ,Çempionlar Liqası,Todaypress.tv,
