Haaland ÇL-də rekord sıralayır

UEFA

06.11.2025 14:46

“Mançester Siti” klubunun futbolçusu Erlinq Haaland UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, norveçli hücumçu buna “Borussiya” (Dortmund) klubuna qalib gəldikləri (4:1) matçda nail olub.

O, ÇL-in Liqa mərhələsində üç fərqli klubda ardıcıl 5 matçda fərqlənən ilk futbolçudur.

Haaland, 2019/2020-ci illərdə “Zaltsburq”, 2020/2021 mövsümündə isə “Borussiya” (Dortmund)un heyətində qol vurmaq bacarığını nümayiş etdirib.

Forvard Portuqaliya millisinin üzvü Kriştianu Ronaldunun da rekordunu təkrarlayıb. E.Haaland ÇL-də (2019/2020, 2020/2021 mövsümlərində) ilk 4 turda fərqlənən ikinci futbolçudur. Ronaldu (2013/2014, 2017/2018 və 2021/2022 mövsümlərində) bunu reallaşdırıb.

Qeyd edək ki, norveçli ulduz 2024-cü ildə də ÇL-də rekord müəyyən edib. 

Namiq HUN

tag: Haaland ,“Mançester Siti",Erlinq Haaland,UEFA ,Todaypress.tv,