Fred Qrim: "Qarabağ"ın da qalib gəlmək şansı var idi"
UEFA
11.12.2025 00:20
"Çox gözəl oyun oldu".
TodayPress TV xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Ayaks" qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında "Ayaks" klubunun baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim deyib.
O bildirib ki, "Qarabağ" da yaxşı qollar vurub:
"Rəqib də yaxşı çıxış etdi. Onların da qalib gəlmək şansları var idi. İkinci hissədə daha yaxşı oynadıq. Kifayət qədər düzgün taktika seçmişdik. Oyun bir qədər çətin alındı, amma istədiyimiz nəticəni əldə etdik. Belə bir oyunda bu cür nəticə qazanmaqdan məmnunam. "Qarabağ" bu ot örtüyündə oynamağa öyrəşib, lakin bizim futbolçularımız üçün bu, çətin idi. Buna görə də oyun zamanı bir neçə dəfə meydanda sürüşüb yıxıldılar".
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayaks" görüşü 2:4 hesabı ilə başa çatıb.
tag: Qarabağ, Ayaks, UEFA,Fred Qrim, todaypress.tv,
