Erediviziyada insident: “Ayaks”ın matçı qalmaqal səbəbindən təxirə salındı

UEFA

01.12.2025 09:59

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində “Qarabağ” klubunun rəqibi olan “Ayaks”ın çempionat oyunu yarıda dayandırılıb. 

TodayPress TV xəbər verir ki, buna Erediviziyanın XIV turunda “Ayaks”ın “Qroningen”lə ev matçında baş verən qalmaqal səbəb olub. 

Matçın başlamasından cəmi 5 dəqiqə sonra Yohann Kroyf Arenada qapılardan birinin arxasında fişəng və məşəllərin yandırılması referi Bas Nixeysi oyunu saxlamağa məcbur edib.

Təxminən 45 dəqiqəlik fasilədən sonra görüşü bərpa etmək cəhdləri də nəticəsiz qalıb. Tribunaların arxasından atəşfəşanlıq davam etdiyi üçün hakim matçı rəsmi şəkildə yarımçıq dayandırıb.

Yarımçıq qalan matç çərşənbə axşamı tamaşaçısız davam etdiriləcək.

Qeyd edək ki, ÇL-in VI turunun “Qarabağ” - “Ayaks” matçı dekabrın 10-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: UEFA,Ayaks,İnsident,Futbol,Todaypress.tv,