ÇL: “Qarabağ”ın rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin püşkü atılıb.
TodayPress TV xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi dəqiqləşib.
Baş məşqçi Qurban Qurbanovun komandası I təsnifat mərhələsində qarşılaşacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcək.
“Qarabağ” ilk oyununu səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da olacaq.
Namiq HUN