ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu

ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
04.08.2025 14:20 UEFA

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

TodayPress TV xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedniyanın “Şkendiya” klubunu mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin matçları avqustun 19-20 və 26-27-si tarixlərində təşkil olunacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər