ÇL: “Qarabağ” üç göstəricidə liderdir
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində üç göstəricidə liderdir.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu hazırda turnirdə ən çox qol vuran komandadır.
“Qarabağ” ÇL-də keçirdiyi 5 qarşılaşmada 13 qol vurub.
Bundan əlavə, Ağdam təmsilçisi 62 faizlə topa ən çox sahib olan komandadır.
“Köhlən atlılar” rəqibdən top almaqda da ilk sıradadır. Futbolçularımız 5 qarşılaşmada 42 dəfə buna nail olublar.
Namiq HUN