ÇL-də Azərbaycan izi: Duran bombardirlər siyahısında 9-cu pillədə
“Qarabağ” klubunun hücumçusu Kamillo Duran UEFA Çempionlar Liqasının bombardirlər siyahısında yer alıb.
TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisinin kolumbiyalı futbolçusu adını TOP-10-ğa yazdırıb.
Hesabında 4 qolu olan Duran 9-cu yeri tutur. Bombardirlər siyahısına isə 11 qolla “Real Madrid”in hücumçusu Kilian Mbappe başçılıq edir.
Qeyd edək ki, Kamillo Duran “Ayntraxt”la oyunda (3:2) dubl edib. O, həm də matçın ən yaxşı oyunçusu seçilib.
Durandan 1 qol az vuran Leandro Andrade 3 qolla bombardirlər siyasında 20-ci pillədə qərarlaşıb.
Namiq HUN