ÇL: “Araz-Naxçıvan” “Yunayted Qalati”yə qarşı
Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində ilk oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, 7-ci qrupda yer alan komanda “Yunayted Qalati” (Rumıniya) ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrup mərhələsindsə oktyabrın 30-da “Differdanje 03”, noyabrın 1-də isə “Tigers Roermond” klubları ilə üz-üzə gələcək.
Namiq HUN