Çempionlar Liqasının favoritləri açıqlandı
UEFA Çempionlar Liqasının favoritləri açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Cari mövsümdə çempionluğa ən real namizəd “Barselona” klubu göstərilib. Onu turnirin son qalibi olan PSJ klubu izləyir. İlk üçlüyü isə “Liverpul” təşkil edir.
"Qarabağ"ın 8 rəqibindən 4-ü çempionluğa namizəd klublar arasındadır. “Qırmızılar”la yanaşı, Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Çelsi”, “Napoli” və “Benfika”da favoritlər siyahısında yer alıb.
Namiq HUN