Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la həlledici oyuna çıxır

Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la həlledici oyuna çıxır
10.12.2025 09:15 UEFA

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq. 

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu VI tur çərçivəsində Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq. 

Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç saat 21:45-də başlayacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin 5 turundan sonra aktivində 7 xalı olan “Qarabağ” hazırda 21-ci, xala həsrət qalan “Ayaks” isə sonuncu - 36-cıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər