Çempionlar Liqası: “İnter”in lideri zədələndi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “İnter” “Liverpul”la (0:1) qarşılaşıb.
TodayPress TV xəbər verir ki, Milan təmsilçisinin start onbirliyində yer alan Hakan Çalhanoğlu ilk hissədə zədələnərək “Liverpul”la matçı davam etdirə bilməyib.
O, 11-ci dəqiqədə Piotr Zielinski ilə əvəzlənib.
Futbolçunun vəziyyəti tibbi müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, Hakan Çalhaoğlu cari mövsüm “İnter”in heyətində meydana çıxdığı 17 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN