“Çelsi” əsas futbolçularından birini itirdi
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Çelsi” klubunun futbolçusu Koul Palmer zədələnib.
TodayPress TV xəbər verir ki, bu barədə yarımmüdafiəçinin meneceri sosial şəbəkə hesabında məlumat yayıb.
O, Premyer Liqanın V turunda, “Mançester Yunayted”lə matçda zədələnib. 23 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-də keçiriləcək.
Namiq HUN