Bundesliqa təmsilçisi UEFA Çempionlar Liqasına hazırlaşır
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsindəkı rəqiblərindən olan “Ayntraxt Frankfurt” heyətini gücləndirir.
TodayPress TV klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi heyətinə yeni futbolçu qatıb.
“Qartallar” “Hoffenhaym”ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, cari mövsüm 18 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Ayntraxt”bir neçə gün əvvəl “Elversberq” klubundan hücumçu Yunus Ebnutalibi də transfer edib.
Namiq HUN