Böyük sınaq! “Qarabağ” ÇL-də “Nyukasl”la üz-üzə gələcək
UEFA
30.01.2026 15:52
UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cütlükləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu mərhələdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi İngiltərənin “Nyukasl Yunayted” klubu olub.
Qeyd edək ki, “Qarabağ” “Nyukasl Yunayted” üzərində qələbə qazanacağı təqdirdə, turnirin 1/8 final mərhələsinə yüksələcək. Ağdam təmsilçisinin həmin mərhələdə potensial rəqibləri “Barselona” və ya “Çelsi” olacaq.
UEFA Çempionlar Liqası – pley-off mərhələsinin digər cütlükləri:
“Monako” – PSJ
“Qalatasaray” – “Yuventus”
“Benfika” – “Real Madrid”
“Bode-Qlimt” – “İnter”
“Olimpiakos” – “Bayer 04”
“Brügge” – “Atletik Bilbao”
“Borussiya Dortmund” – “Atalanta”
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17–18-i və 24–25-də keçiriləcək.
Namiq HUN
tag: UEFA,Püşkatma,Qarabağ,Nyukasl,Todaypress.tv,
