Böyük duel öncəsi dəyişiklik: Kadi yenidən siyahıda

UEFA

06.02.2026 12:37

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl Yunayted” klubu ilə qarşılaşacaq “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.

TodayPress TV Report.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu braziliyalı yarımmüdafiəçi Kadi Borges əvəzləyib.

“Köhlən atlar”ın yeni transferi Jeremi Qnali isə komandanın iştirak ərizəsinə daxil edilməyib.

“Qarabağ” və “Nyukasl Yunayted” arasında ilk oyun fevralın 18-də saat 21:45-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Qeyd edək ki, Kadi Borges noyabr ayında aldığı zədə səbəbindən daha əvvəl iştirak ərizəsindən çıxarılmışdı.

Namiq HUN

TodayPress TV

tag: Kadi Borges,Qarabağ,UEFA,Siyahı,Todaypress.tv,