“Benfika” bir daha eyni aqibəti yaşadı

“Benfika” bir daha eyni aqibəti yaşadı
17.09.2025 14:42 UEFA

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında (ÇL) “Barselona”nın uğurunu təkrarlayıb.

TodayPress TV  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, “Benfika” cari ilədək heç vaxt ÇL-də 2 top fərqi ilə öndə olduğu matçı uduzmayıb.

“Qartallar” artıq bu il iki dəfə bu aqibəti yaşayıb. Lissabon təmsilçisi ilin əvvəlində, “Barselona” ilə VII turun matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib – 4:5.

Meydan sahibləri “Qarabağ”la oyunda isə 30-cu dəqiqəyədək 2:0 hesabı ilə hesabda üstün olublar. Sonda matç “Benfika”nın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər