“Bavariya” Paris polisindən narazıdır
UEFA
04.11.2025 09:31
“Bavariya” klubu UEFA-ya Fransa polisinin PSJ ilə oyuna azarkeşlərin gəlişinə məhdudiyyətlər qoyan qərarına görə şikayət edib.
TodayPress TV xəbər verir ki, Münhen klubu qərarı əsassız və gecikmiş adlandırıb.
Polisin qərarına əsasən, qonaq komandanın azarkeşləri üçün xüsusi nəzarət və keçid məntəqəsi yaradılıb. Münhen klubunun fanatlarını daşıyan bütün avtobuslar matçdan öncə şəhərdən kənarda, ödəniş məntəqəsində toplanmalıdır. Digər “Bavariya” azarkeşlərinə isə stadionadək yalnız ictimai nəqliyyatdan istifadə etməyə icazə verilir. Oyun bitdikdən sonra bütün fanatlar eyni qaydada nəqliyyat vasitələrinə qayıtmalı və avtobuslar polis müşayiəti ilə şəhərdən çıxarılmalıdır.
Qeyd edək ki, PSJ bu məsələdə “Bavariya”nı dəstəkləyib.
Bu göstəriş bu gün keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu - PSJ – Bavariya matçından əvvəl qüvvəyə minib. Matç Parisin “Park de Prens” stadionunda baş tutacaq.
Namiq HUN
tag: PSJ ,Çempionlar Liqası,Bavariya,Fransa ,UEFA,Todaypress.tv,
