Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi
08.08.2025 09:49 UEFA

Avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

TodayPress TV xəbər verir ki, əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ölkəmizi əmsalı 19.600 olan Ukrayna qabaqlayır. Rusiya isə 18.299 xalla 29-cu sıradadır.

Xatırladaq ki, Azərbaycan təmsilçilərindən “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə Şimali Makedoniya “Şkendiya”sını (1:0) məğlub edib. 

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubuna (0:1) uduzub. “Araz-Naxçıvan” isə Bakıda Kiprin “Omoniya” klubuna (0:4) yenilib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər