Azərbaycan yığmasının yeni sınaqları: Rəsmi təqvim elan edildi
Azərbaycan yığma komandasının UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb.
TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komanda ilk görüşünü sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcək.
UEFA Millətlər Liqası
D Liqası, II qrup - 2026-cı il
27 sentyabr, 18:00 - Litva - Azərbaycan
1 oktyabr, 21:00 - Azərbaycan - Lixtenşteyn
4 oktyabr, 18:00 - Azərbaycan - Litva
13 noyabr, 23:45 - Lixtenşteyn - Azərbaycan
Namiq HUN